Azərbaycan prezidenti İsrailin Türkiyə gəmisinə hücumunu pislədi
08 iyun 2010 18:30 (UTC +04:00)

Azərbaycan prezidenti İsrailin Türkiyə gəmisinə hücumunu pislədi

“İsrailin Qəzza zolağına yardım aparan Türkiyə gəmisinə hücum edərək mülki insanları öldürməsini pisləyir və Türkiyəyə dəstəyimizi ifadə etmək istəyirəm”.


APA-nın “Cihan” Haber Ajansına istinadən yaydığı məlumata görə, bu fikirləri Çırağan Sarayında keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) dövlət və hökumət başçılarının III sammitində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib. O Azərbaycan xalqı adından Türkiyə hökumətinə və vətəndaşlarına başsağlığı da verib: “Asiya regionunda görülən təhlükəsizlik tədbirləri dünyada görülən təhlükəsizlik tədbirlərinin böyük bir qismini ifadə edir. Bu məsələdə əməkdaşlıq etmək mövcud riskləri azaldır. Terrorun yaxşısı, pisi yoxdur və hamısını pisləyirik. Terrorçuluq və problemlərlə mübarizə üçün səylərimizi birləşdirməliyik. İqtisadi sahədə əməkdaşlıq bu prosesə öz töhfəsini vermiş olacaq”.
# 472

Oxşar yazılar