Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə edəcək
Milli Məclisə (MM) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi daxil olub.
Bu barədə APA-ya eksklüziv açıqlamasında MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirib. Onun sözlərinə görə, sənədə əlavə dəyişiklik layihəsinə sabah komitədə baxılacaq. Komitə sədri Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin nədən ibarət olduğunu açıqlamayıb.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin parlamentin növbədənkənar sessiyası dövründə qəbul olunacağı və Azərbaycanda bu il keçiriləcək parlament seçkilərinin qəbul olunacaq sənəd əsasında keçiriləcəyi bildirilir.
MM-dən APA-ya daxil olan məlumata görə, Seçki Məcəlləsinə təklif olunan ən mühüm dəyişikliklərdən biri seçkilərdə təbliğat-təşviqat müddətinin 75 gündən 60 günədək azaldılması ilə bağlıdır.

532