Şaiddin Əliyev MSK üzvü seçildi
08 iyun 2010 17:00 (UTC +04:00)

Şaiddin Əliyev MSK üzvü seçildi

Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil olan 11 məsələdən 9-u qəbul olunub.


Lent.az-ın məlumatına görə, qəbul olunan layihələrə Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi ,"Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Protokolun təsdiq edilməsi, Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında Yardım xidmətlərinin göstərilməsinə dair" Anlaşma Məktubunun təsdiq edilməsi, "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanunlar daxildir.


İclasda Mərkəzi Seçki Komissiyasının üzvünün seçilməsi barədə qanun layihəsi də qəbul olunub. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvü Əliyev Şaiddin Sərdar oğlu MSK-nın üzvü seçilib.


Hazırda iclas davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar