Ziyafət Əsgərov müxalifətçi deputatları dərsini oxumayan tələbəyə oxşatdı
Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsi “Siyasi partiyalar haqqında” qanun geniş müzakirə edilib.
Lent.az-ın məlumatına görə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına boş olan yerə üzv seçir, lakin müxalifət orda boş olan iki yerinə öz namizədini seçə bilmir. O bildirib ki, MSK-da müxalifətin iki yeri boş olsa da, ora namizədini irəli sürə bilmir, onlara aid olan yerlər boş saxlanılır. Bu məsələyə yanaşmanın düzgün olmadığını vurğulayan deputat “ YAP-ın tələbi yerinə yetirilir, amma müxalifətin yox”, - deyə, qeyd edib.
Buna cavab olaraq çıxış edən spiker Oqtay Əsədov isə deyib ki, iqtidar bir, müxalifət isə səkkiz partiyadan ibarətdir: “Bir dəfə yığışın, bu məsələni həll edin. Nə zaman yığışıb iki namizəd irəli sürmüsüz? Bir fikrə gəlin, onda biz də bu məsələyə bir də baxarıq”.
Seçki Məcəlləsinin müddəalarının təmin olunmaması ilə razılaşmayan vitse-spiker Bahar Muradova “Siyasi Partiyalar haqqında” qanunun dəyişdirilməsinin tərəfdarı olduğunu deyib: “Lakin bu məsələyə növbəti parlament seçkilərindən sonra qayıtmaq olar”.
Seçki Məcəlləsilə bağlı məsələyə münasibət bildirən birinci vitse-spiker Ziyafət Əsgərov müxalifət deputatlarının dedikləri ilə razılaşmayıb. O, müxalifətçi deputatları dərsini oxumayan tələbələrə bənzədib: “Dərsini oxumayan tələbə semestr boyu yatır, imtahanlara 5 gün qalmış başlayır oxumağa, yuxu tutmaması üçün isə qəhvə içir, bu zaman onun təzyiqi qalxır. Bilirsiz, seçicilərin rəğbətini qazanmaq üçün ötən 5 ildə işləmək lazımdır. Düşünmürəm ki, MSK-nın paritet əsasda təşkil olunmasını istəyən müxalifət seçkilərin dürüst keçirilməsinə can atsın”.
Pərvin ABBASOV

403