İsrailin gəmilərə hücumu məsələsi Milli Məclisdə
08 iyun 2010 16:15 (UTC +04:00)

İsrailin gəmilərə hücumu məsələsi Milli Məclisdə

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayıb.


Lent.az-ın müxbiri xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 11 məsələ salınıb.
Gündəliyə salınan ən maraqlı məsələ Azərbaycan Respublikasının hərbi doktrina layihəsi haqqındadır.


İclasda çıxış edən milləti vəkili İqbal Ağazadə qarşıdan gələn seçkilərlə bağlı çıxış edib. O, Seçki Məcəlləsinə dəyişikliklər edilməsini təklif edib. Həmçinin, «Sərbəst toplaşmaq azadlığı» haqqında qanuna əməl olunmağını bildirib. İ.Ağazadə müxalifət partiyalarının kütləvi aksiyalar keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, lakin hər dəfə eyni cavab aldığını deyib. «Kor tutduğunu buraxmayan kimi, onlar da təkrar-təkrar yeri göstərir» - deyə, əlavə edib.


YAP-çı deputat Səyavuş Novruzov isə deyib ki, Seçki Məcəlləsinə dəyişikliklər olmalıdır, ancaq İ.Ağazadənin dedikləri maddələrə yox. O, müxalifətə kütləvi aksiyalar keçirmək üçün yer verilməməsi barədə deyilənlərlə də razılaşmayıb.


Çıxış edən bitərəf deputat Baba Tağıyev isə çıxışında İsrail tərəfinin Qəzzaya humanitar yardım aparan Türkiyə gəmilərinə hücum etməsini kəskin şəkildə pisləyib.
Hazırda iclas davam edir.


Pərvin ABBASOV
# 400

Oxşar yazılar