Hərbi Doktrina müzakirələri başladı
08 iyun 2010 12:00 (UTC +04:00)

Hərbi Doktrina müzakirələri başladı

Bu gün Milli Məclisin iclasında Azərbaycanın Respublikasının Hərbi Doktrina layihəsinin (http://www.meclis.gov.az/?/az/law/183/1) müzakirələri başlayıb.


Lent.az-ın xəbərinə görə, parlamentin birinci vitse-prezidenti, Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək layihə barədə məlumat verib.


O bildirib ki, müdafiə xarakterli olan Hərbi Doktrina sənədi 7 fəsil və 75 bənddən ibarətdir. Sənəddə şəxsiyyət, cəmiyyətin və dövlətin mühafizəsindən söhbət gedir. Layihədə regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması göstərilib. Həmçinin, Ermənistan təcavüzkar tərəf kimi göstərilib və işğalı öz əksini tapıb.


Pərvin ABBASOV
# 443

Oxşar yazılar