Prezident İlham Əliyev Ərdoğanla görüşüb
Yarım saatlıq görüşdən sonra dövlət başçısı və baş nazir Azərbaycanla Türkiyə arasında qaz müqaviləsinin imza mərasiminə qatılıblar
Asiyada Əməkdaşlıq və Etimad Artırıcı Tədbirlər Konfransı üçüncü dövlət və hökumət başçıları sammitində iştirak etmək üçün Türkiyəyə gələn Azərbaycan prezidenti İlham Əliyev bu gün İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib.
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, "Çırağan" Sarayında baş tutan görüş yarım saata yaxın davam edib.
Görüşdən sonra Ərdoğan və Əliyev birlikdə Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanacağı Mabeyn salonuna eniblər və imza mərasiminə qatılıblar. Salonda qaz ticarətinə dair iki anlaşma imzalanıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızla Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Azərbaycandan Türkiyəyə təbii qaz satışına dair deklarasiyaya və Azərbaycana aid qazın Türkiyəyə və Türkiyə üzərindən Avropaya satışını nəzərdə tutan müqaviləyə imza atıblar.
Bundan əlavə Türkiyə tərəfindən BOTAŞ baş direktoru Fazil Şenel, Azərbaycan tərəfindən isə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də təbi qazın satışına və daşınmasına dair müqavilə imzalayıblar.
İmza mərasimindən sonra nazirlər mətbuata açıqlama veriblər.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07