Parlament Komitəsi Hərbi Doktrinanı müzakirə etdi
Layihə Milli Məclisin sessiyasına tövsiyə olunub
Bu Gün Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclasında Azərbaycanın Hərbi Doktrina layihəsinin müzakirələri keçirilib. Lent.az-ın məlumatına görə, iclasa Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvlərilə yanaşı, Müdafiə Nazirliyinin nümayəndəsi də qatılıb.
Parlamentin birinci vitse-prezidenti, Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək bildirib ki, sənəd Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin, 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən müzakirəyə təqdim edilib.
Müdafiə xarakterli olan Hərbi Doktrina sənədi 7 fəsil və 75 bənddən ibarətdir. Sənəddə şəxsiyyət, cəmiyyətin və dövlətin mühafizəsindən söhbət gedir. Layihədə regiondakı hərbi təhdidlər, hərbi təcavüz faktları, sürətlə silahlanma, Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı reallıqlar, Azərbaycan Silahlı Qüvvələrinin bununla bağlı qarşısında dayanan vəzifələr, eyni zamanda hərbi quruculuğun gələcək strategiyası, beynəlxalq hərbi əməkdaşlıq, hərbi əlaqələr, Azərbaycanın ikitərəfli beynəlxalq hərbi müqavilələri və digər məsələlər öz əksini tapıb. Azərbaycanın regionda hansı məsələləri özünə təhdid sayması göstərilib. Həmçinin Ermənistan təcavüzkar tərəf kimi göstərilib və işğalı öz əksini tapıb.
İclasda Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvləri Zahid Oruc, Aydın Mirzəzadə, Siyavuş Novruzov, Aydın Həsənov və Elman Məmmədov çıxış edib. Onlar Hərbi Doktrinanın cəmiyyətin çoxdan gözlədiyi bir sənəd olduğunu bildiriblər.
Sonda layihə Milli Məclisin sessiyasına tövsiyə olunub.
Qeyd edək ki, parlamentin növbəti iclası iyunun 8-də keçiriləcək.
Pərvin ABBASOV

463