Əli Əliyev: “İsa Qəmbərin ifşası fəaliyyətimin bir hissəsinə çevriləcək” - MÜSAHİBƏ
“Azadlıq blokundan bizə bir qədər fərqli mövqe, fəal dəstək ola bilərdi, zaman keçər, buna da qiymət verərik”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya müsahibəsi
- AVCİYA-nın nəşrində Sizin adınızdan verilmiş çıxışın dərcindən sonra VİP-lə Müsavat Partiyası arasında yaranmış gərginlik artıq ittihamlara çevrilib. Buna münasibətiniz necədir?
- Bu araşdırma hələ davam edəcək. Biz müəyyənləşdirmək istəyirik ki, bunun məqsədi nə olub və bu təxribat kim tərəfindən hazırlanıb. Bunu hazırlayanlar bilməlidir ki, belə təxribatlarla bizi nüfuzdan salmaq olmaz və bu işdə öz adəti üzrə yetərincə rol oynamış İsa Qəmbərin həmin təşkilatçılarla hansı əlaqəsinin olduğunu aydınlaşdırmaq istəyirik. Mən İsa Qəmbəri debata çağırmışam, səsləndirdiyi ifadələrə görə televiziya efirindən partiyamızdan üzr istəsin.
Söhbət ondan gedir ki, proses başlayanda bildirdim ki, bu hadisə olmamışdan əvvəl Müsavat tərəfindən partiyamıza qarşı kampaniya başlamışdı. Müsavat Partiyasına yaxın mətbuat orqanında əks-təbliğat aparılırdı, VİP hədəfə götürülmüşdü. Bu kampaniya məqsədyönlü xarakter daşıyırdı. Hesab edirəm ki, İsa Qəmbər hakimiyyət qarşısında növbəti missiyasını yerinə yetirir. Mən müxalifət birliklərini dağıtmaq missiyasını nəzərdə tuturam. Ötən ildən Ümid Partiyası ilə başlayan dava Qarabağ və Respublika Uğrunda Hərəkatı çökdürdü, bu ilin əvvəlində Lalə Şövkət hədəfə götürüldü. Növbəti hədəf mən kimi mənim seçilməyim də təbiidir. Axırıncı hədəf də bizim blokumuzda olan Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Müsavat rəhbərliyi və ona yaxın olan qəzetlər məqsədyönlü şəkildə son 20 ildə Azərbaycan siyasətində oynadıqları çirkin, dağıdıcı funksiyasını davam etdirir, bu yolla cəmiyyətin hakimiyyətə qarşı müqavimət gücünü zəiflədib, hakimiyyətə xidmət edirlər. Qarşıdan parlament seçkiləri gəlir, mən istisna etmirəm ki, bu yolla cənab Qəmbər hakimiyyətə növbəti xidmətini təklif edir. Mən demişəm ki, bu parlamenti legitimləşdirmək qarşılığında hakimiyyətin Müsavat deputat qrupuna ayırdığı mənzillərin sayını ifadə etsin. Hakimiyyət parlamentin legitimləşdirilməsinin qarşılığını bir neçə mənzillə ödəyib. Prezident ilham Əliyevə müraciət edərək ondan mənzil alan şəxslər bu hakimiyyətə qarşı necə mübarizə apara bilərlər? Bu mümkün deyil, hakimiyyətlə əlbir oyun oynayırlar və nəticədə xalqın siyasi müqavimətini azaltmaqla məşğuldurlar.
- Siz özünüz İsa Qəmbər və Müsavat rəhbərliyində təmsil olunan şəxslərlə görüşüb müzakirə apardınızmı?
- Mən həmin şəxslə əlaqə yaradılmasına lüzum görmürəm. Bu adam o qədər çirkin missiya yerinə yetirir ki, onunla danışmağın heç bir mənası yoxdur. Əslində onun məqsədi də, xidmət etdiyi çevrələr də mənə bəllidir. Söhbət yalnız mənimlə bağlı olan məsələdən getmir, həmin şəxsin mahiyyəti 20 ildir ki, Azərbaycan siyasətində olan bütün şəxslərə bəllidir. Son 20 ildə hələ AXC-nin İdarə Heyətindəki təmsilçiliyindən başlayaraq, müxalifətdaxili proseslərdə öz neqativ rolunu oynayıb, indi də bu missiyasını davam etdirir. Yəni dənizin suyunun duzlu olmasını bilmək üçün onun hamısını içməyə ehtiyac yoxdur. Ona görə də onunla görüşməyin heç bir xeyri yoxdur. Əslində, əgər o neytral idisə, şəxsi maraq, qərəz güdmürdüsə, belə bir faktı ictimailəşdirməmişdən əvvəl mənə zəng edib bu hadisənin mənşəyini soruşa bilərdi. Amma fürsətcil bir şəxs olaraq əlini əlinə sürtərək bu məsələdən yararlanmağa çalışdı. Amma onun əllərinin içi yanacaq. Mən onunla sona qədər mübarizə aparacağam və onu ifşa etməklə məşğul olacağam. Bu mənim siyasi fəaliyyətimin xüsusi bir hissəsinə çevriləcək.
- Bu məsələ “Azadlıq” blokunda müzakirə edildimi?
- “Azadlıq” bloku bu mərhələdə toplanmayıb. Mən həmin ərəfədə həm Lalə Şövkətlə, həm də Əli Kərimli ilə bu məsələni müzakirə edib detalları dəyərləndirmişik. Bu söhbətlər şəxsi xarakter daşıyır. Hər halda mövqe ondan ibarətdir ki, bu məsələ araşdırılmalıdır. Bu bizim hamımızın nüfuzuna zərər gətirən bir hadisədir. Mən də məsələnin araşdırılacağını bildirdim və müəyyən mənada müttəfiqlərdən mənəvi dəstək də almışam. Həmin dəstəyin miqdarını, onun kifayət qədər olub-olmadığını dəyərləndirmək istəmirəm. Amma müəyyən mənada dəstək oldu, kimdən az, kimdən bir az çox.
- Blokdakı partiyalardan sizə təbliğatı dəstək oldumu?
- Bu əslində, mənim partiyama aid olan məsələ idi. Mən bütün tərəfləri başa düşürəm. Bu kifayət qədər qalmaqallı, səs-küylü hadisə idi. Mən istəmərəm ki, bizim hansısa partiya funksionerinin səhlənkarlığı ucbatından baş vermiş hadisədən müttəfiqlərimiz ziyan çəksin. Bu mərhələdə bir qədər kənarda durmağı da başa düşürəm. Amma yenə də hesab edirəm ki, bir qədər fəal dəstək, fərqli mövqe ola bilərdi.
- Bəs nə üçün olmadı?
- Zaman keçər, buna da qiymət verərik.
- Hər halda bunun səbəbləri sizə bəllidir...
- Təbi ki, səbəblər mənə bəllidir. Amma yenə də deyirəm ki, bloka daxil olan partiyalar ağır şəraitdə fəaliyyət göstərirlər. Onların mübarizə tarixçəsində də kifayət qədər xoşagəlməz hadisələr olub və böyük təcrübəsi olan müttəfiqlərin bir qədər ehtiyatlı davranmasını başa düşürəm.
- Sizin adınızdan açıqlama göndərən şəxs VİP-dən xaric edildi. Bunun məqsədləri aydınlaşdımı?
- Mənə elə gəlir ki, bu məqsədli bir addım idi. Bunun arxasında kifayət qədər ciddi siyasi məqsədlər dayanır. Bu xətt ondan ibarətdir ki, Azərbaycan siyasətində birmənalı mövqeyi olar qüvvələr sıradan çıxardılmalıdır. Bu mətnin araşdırılmadan dərc olunmasını da izah edə bilmirəm.
- Yəni belə anlaşılır ki, sizin partiyanın rəhbərliyində təmsil olunan şəxs hakimiyyətlə işbirliyində olub...
- Xeyr. Bu qətiyyən belə izah olunmamalıdır. Partiyanın Siyasi Şurasının qərarından da görünür ki, həmin şəxs səhlənkarlığa yol verdiyini etiraf edib.
- Bəs bu çıxış mətnini kim hazırlayıb?
- Mətnin Nurəddin Babayevin bizə göstərdiyi üç nəfərdən biri tərəfindən hazırlandığını ehtimal edirik. Belə məlum olub ki, həmin şəxs elektron ünvanın login və parolunu bir neçə nəfərlə bölüşüb. Ümumiyyətlə, təhlükəsizlik məsəllərində bir az etinasızlıq olub. Biz partiya rəhbərliyi olaraq da müəyyən mənada təhlükəsizlik tədbiri görməkdə etinasız olmuşuq və rəhbərlik olaraq bu məsələdə özümüzü kənara çəkmək istəmirik. Həmin şəxsin sadəlövhlüyündən kimlərsə istifadə edib. Çünki həmin şəxsin o səviyyədə yazı hazırlamasına mən inanmıram. Bu yazı kifayət qədər professional şəxs tərəfindən hazırlanıb. 23-24 yaşında gəncin belə bir çıxış hazırlamasını qeyri-mümkün sayıram. Amma onun bu səhlənkarlığı bizim partiyanın nüfuzuna çox ciddi zərbə vurub. Ona görə də o adam cəzasını almalıdır. Ancaq biz sona qədər müəyyənləşdirəcəyik ki, nəyin müqabilində və kim bu mətni həmin şəxsin etimadından istifadə edərək AVCİYA-ya göndərib. Həmin adamı müəyyənləşdirib ictimaiyyətə təqdim edəcəyik. Bunun çevrəsi o qədər də böyük deyil. 3 və ya 4 nəfərin olduğu ehtimalı var.
- Bu 3-4 nəfərin hamısı sizin partiyanın üzvüdürmü?
- Yox, amma aralarında partiyanın üzvü də var.
- Bəs partiyanın üzvü olmayan insanların VİP qərargahında nə işi var?
- Bizim partiyada onların heç bir işi yoxdur. Yoldaş olaraq bizim partiyanın qərargahına çox adam gəlir. Amma biz Siyasi Şuranın qərarında da təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini qəbul etdik. Müəyyən tədbirlər hazırlanıb. Bunlardan biri odur ki, partiyanın elektron ünvanını dəyişmişik və hər kəsə bildiririk ki, bu vaxta qədər VİP-in mövcud olan elektron poçtlarından kimə məktub gəlsə, həmin məktub etibarsız hesab olunmalıdır. Həmçinin partiyanın giriş qapısının qorunması və digər tədbirlər də həyata keçiriləcək.

457