Sərhədlərinin bağlanmasında rolu olan sabiq nazir seçimini etdi
Hikmət Çətin CHP-yə dönür, CHP-nin sosial bazasına ümid bəsləyən partiya qurulmamış dağılır
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin CHP-yə dönür.
Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Hikmət Çətin deyib ki, CHP-də dəyişiklik olub və o, birləşmənin tərəfdarıdır.
Hikmət Çətin bildirib ki, yeganə məqsədi bu birliyə nail olmaqdır: “Bu işə fayda vermək istəyirəm”.
Qeyd edək ki, Hikmət Çətin Azərbaycana dost münasibəti ilə tanınan şəxslərdəndir. O, Sürixdə Türkiyə və Ermənistan arasında protokollar imzalanan dövrdə də Azərbaycanın maraqlarının qorunmasının zəruri olduğunu vurğulayıb. Hikmət Çətin o dönəmdə Azərbaycan mətbuatına açıqlamasında bildirib ki, Türkiyə Ermənistanla sərhədi bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq bağlayıb: “Mən bir zamanlar bu prosesin iştirakçısı olmuşam və əmin edirəm ki, Türkiyə heç bir formada, Azərbaycanın əleyhinə və azərbaycanlıları üzən qərar çıxarmaz. Son vaxtlar baş verən məsələlərdən narahat olanlar, eləcə də bundan istifadə edərək Türkiyə və Azərbaycanın arasını vurmaq istəyənlər oldu. Türkiyə və Azərbaycan arasında əlaqələr o qədər sağlamdır ki bunu kimsə poza bilməz”.
Onu da deyək ki, CHP-nin sosial bazası əsasında Türkiyə Dəyişim Hərəkatı Partiyasını qurmağa hazırlaşan Mustafa Sarıgül Hikmət Çətini bu partiyanın sədri postunda görmək istəyirdi və İzmirdə tərəfdarlarının qarşısında çıxış edərkən bunu dilə gətirmişdi. Ancaq məsələ tək onun Hikmət Çətin arzusunun boşa çıxması ilə yekunlaşmayıb. Hələ qurulması prosesi başa çatmamış Türkiyə Dəyişim Hərəkatı Partiyasının Ankaranın Çankaya, Bala və Şereflikkoçhisar rayonlarındakı təşkilatları bütünlüklə CHP-yə keçdiyini bəyan edib.
CHP-nin Ankara rayon təşkilatının sədri Ali Yıldızlı deyib ki, Türkiyə Dəyişim Hərəkatı Partiyası qurulmadan Ankarada çöküb.

369