Azərbaycan və Türkiyə birgə hərbi şirkət yaradır
16 iyun 2010 16:00 (UTC +04:00)

Azərbaycan və Türkiyə birgə hərbi şirkət yaradır

Azərbaycan və Türkiyə silah istehsalını həyata keçirən birgə şirkət yaradacaq.

Bu barədə Lent.az-a Türkiyənin Müdafiə Sənayesi Müştəşarlığından məlumat verilib.

Hazırda şirkətin hansı istiqamətlər üzrə fəaliyyət göstərməsi, struktru müzakirə olunur. Türkiyə tərəfdən Makina və Kimya Qurumunun paya malik olacağı bu şirkət Azərbaycan tərəfinin iştirakı ilə Bakıda ilkin mərhələdə Azərbaycan Silahlı Qüvvələrinin tələbatını nəzərə alaraq bəzi atıcı silahların istehsalını həyata keçirəcək. Sonrakı mərhələdə döyüş sursatları və artilleriya silahlarının istehsalı da nəzərdə tutulur. Şirkət eyni zamanda həm Türkiyə, həm də Azərbaycan tərəfinin əlaqələrindən istifadə etməklə ixracat da həyata keçirəcək.

Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyənin birgə yaratdığı “Azərsimtel” adlı şirkət mövcuddur. Türkiyənin müdafiə şirkətlərindən isə ASELSAN-ın Azərbaycanda törəmə şirkəti fəaliyyət göstərir.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar