Oqtay Əsədov Çinə dəvət olundu
Azərbaycan “Vahid Çin” ideyasını dəstəkləyir
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu Daimi Komitəsinin üzvü, partiyanın İntizam üzrə Mərkəzi Komissiyasının katibi Hı Qotsyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, Oqtay Əsədov bildirib ki, bu ilin 4 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 357 milyon dollar səviyyəsində olub.
O, dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayıb və hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini təqdir edib. Spiker, Dağlıq Qarabağ münaqişəsi məsələsində Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və problemlə bağlı BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı ölkəmizin mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan öz növbəsində “Vahid Çin” ideyasını dəstəkləyir, beynəlxalq hüquqda ölkələrin ərazi bütövlüyü prinsipini önəmli hesab edir.
Hı Qotsyan Azərbaycanda Çin parlamenti sədrinin salamlarını Oqtay Əsədova çatdırıb və təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini dilə gətirib. O, Çin parlament sədrinin adından Oqtay Əsədovu Çin Xalq Respublikasına səfərə dəvət edib. Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Çinin Azərbaycandakı səfiri Çjan Yannyan və digər rəsmi şəxslər iştirak ediblər.

472