Ross Vilson Azərbaycandadır
14 iyun 2010 18:00 (UTC +04:00)

Ross Vilson Azərbaycandadır

Xarici işlər naziri Elmar Məmmədyarov 2000-2003-cü illərdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş və hazırda Atlantik Şuranın Avrasiya ofisinin direktoru kimi fəaliyyət göstərən Ross Vilsonu qəbul edib.


XİN mətbuat xidmətindən Lent.az-a bildirilib ki, R.Vilson onu qəbul etdiyi üçün E.Məmmədyarova öz təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun gördüyü işlərlə bağlı məlumat verib, qurumun siyasət, enerji, ticarət və iqtisadiyyat məsələləri ilə məşğul olduğunu diqqətə çatdırıb.


Regionda cərəyan edən proseslərdən söz açan nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü qonağın nəzərinə çatdırıb.


Görüş zamanı tərəflər Azərbaycan-ABŞ enerji əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etmiş, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar