Millət vəkili Qənirə Paşayeva Doha Forumunda çıxış edib
02 iyun 2010 18:20 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva Doha Forumunda çıxış edib

“Azərbaycana dəstəyinizi artırmağa çağırırıq”

Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva forumda çıxış edib.

Lent.az-ın məlumatına görə, millət vəkili Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini və bunun nəticəsində 1 milyon azərbaycanlının öz yurd-yuvasından didərgin düşdüyünü deyib.

“Dünyada bunun analoqu yoxdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Azərbaycanda hər 9 azərbaycanlıdan biri qaçqın və məcburi köçkün həyatı yaşayır” - deyən millət vəkili vurğulayıb ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanlılara məxsus evləri, məktəbləri, təhsil ocaqlarını, tarixi və mədəni abidələri dağıdıb.

Millət vəkili sammit iştirakçılarına müraciətlə “biz sizi Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş və 15 ildən artıqdır, öz yurd-yuvasına, öz evinə dönə bilməyən 1 milyon insanın həyatına biganə qalmamağa, onların öz evlərinə, öz yurd yuvalarına dönmələri istiqamətində səylərinizi, Azərbaycana dəstəyinizi artırmağa çağırırıq” - deyib. Ermənistanın BMT-nin 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmədiyini və 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan vermədiyini xüsusi vurğulayan millət vəkili, beynəlxalq təşkilatlar öz qətnamələrinin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq göstərməlidir deyib. O, beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün təzyiqləri artırmağa çağırıb.

Qənirə Paşayeva deyib ki, Ermənistan öz işğalçılıq siyasətini davam etdirərək regional əməkdaşlığa da böyük zərbə vurur. Tədbirdə iştirak edən ABŞ, Rusiya, Fransa və forumda iştirak edən bir çox ölkələrin təmsilçilərinə üz tutan millət vəkili “Sizin ölkələriniz BMT, onun Təhlükəsizlik Şurasının, ATƏT, onun Minsk qrupunun və digər beynəlxalq təşkilatların üzvləridir. Sizcə, BMT, onun Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar bu problemin həlli üçün, 1 milyon insanın öz evinə qayıtması üçün Ermənistana təzyiq etməli deyillərmi” - deyə sualla müraciət edib. O, sammitdə iştirak edən BMT və digər beynəlxalq təşkilatların üzvü olan dövlətləri Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməsi istiqamətində təzyiqləri artırmağa çağırıb.

Bundan sonra çıxış edən bəzi sammit iştirakçıları Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına dönməsi, münaqişənin tənzimlənməsi istiqamətində beynəlxalq ictimaiyyətin və təşkilatların öz fəaliyyətlərini gücləndirməsinin vacib olduğunu vurğulayıblar.

Forum çərçivəçində bir çox ölkələrdən olan iştirakçılara Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
vandalizm aktlarını, Xocalı soyqırımını özündə əks etdirən kitablar və digər materiallar
təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar