Azərbaycanda “reket hacı”lar peyda olub
“Müxtəlif “hacı”lar peyda olub. Onlar Hacı Ramazan, Hacı Arif, Hacı Rafiq kimi adlarla müxtəlif yerlərə, obyektlərə gedərək Milli Məclisin mətbuat xidmətinin adından istifadə edirlər”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib.
O, konkret misal da çəkib: “Ölkədə “Su istehsalçıları” İctimai Birliyi fəaliyyət göstərir. Həmin təşkilatın rəhbəri MM mətbuat xidmətinə zəng vuraraq bu barədə məlumat verib. Belə ki, Hacı Rafiq və Hacı Ramazan adlı şəxslər həmin təşkilata daxil olan bir neçə firmaya pul qoparmaq məqsədilə gediblər. Biz də dedik ki, mətbuat xidmətində belə şəxslər işləmir, əgər belə bir şey olarsa, dərhal hüquq-mühafizə orqanlarına müraciət edin”.
A.Təvəkküloğlu mətbuat vasitəsilə hər kəsə müraciət edib ki, əgər buna bənzər hallar baş verərsə, hüquq-mühafizə orqanlarına, yaxud MM-in mətbuat xidmətinə müraciət olunsun. O, gələcəkdə belə hallarla bağlı MM mətbuat xidmətinin birbaşa hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də istisna etməyib: “Belə hal təkrarlanarsa, mütləq müraciət edəcəyik”.
Pərvin ABBASOV

404