Oqtay Əsədov Medvedyevlə görüşəcək
02 iyun 2010 16:15 (UTC +04:00)

Oqtay Əsədov Medvedyevlə görüşəcək

Bu gün Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu brifinq keçirib. Lent.az-ın məlumatına görə, brifinq MM sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Rusiyaya rəsmi səfərinə həsr olunub.

A.Təvəkküloğlu bildirib ki, səfər Rusiya Federal Məclisi Federal Şurasının sədri Sergey Mironovun dəvətilə iyunun 3-5 tarixlərində baş tutacaq.

O.Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Mixail Zabelin, Adil Əliyev, Rüfət Quliyev, MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev, Rusiya Federal Məclisi Federal Şurasının sədri Sergey Mironov, Dövlət Dumasının sədri Boris Qrızlovla görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər daxildir.

Pərvin ABBASOV
# 330

Oxşar yazılar