Türkiyənin MKE şirkəti Azərbaycana silah və sursat satışını 2 dəfədən çox artırıb
Türkiyənin Makina və Kimya Sənayesi şirkəti (MKE) 2009-cu ildə Azərbaycana 356 572 ABŞ dolları dəyərində silah və sursat satışını həyata keçirib. Hazırda Azərbaycanın ötən il aldığı silah və sursata görə bu şirkətə 127 026,5 dollar borcu var. Lent.az-ın bildirdiyinə görə, bu barədə MKE şirkətinin 2009-cu ildəki fəaliyyətinə dair açıqladığı hesabatda bildirilib.
Ümumilikdə, MKE şirkəti 2009-cu ildə Azərbaycan da daxil olmaqla 27 ölkəyə 25 878 587 dollar dəyərində ixracat gerçəkləşdirib. Şirkət qarşıdakı illərdə ixracatını 100 milyon dollara çatdırmağı hədəfləyir.
Şirkətin yaydığı məlumata görə, ötən illə müqayisədə MKE Azərbaycana silah və sursat ixracını 2,3 dəfə artırdığını göstərsə də, konkret olaraq bu silah və sursatın növləri barədə məlumat verməyib. Ötən il MKE yenə də Gürcüstana silah və sursat satışını davam etdirib və bu ölkənin silahlı qüvvələri üçün 991 266 dollar dəyərində ixracat həyata keçirib. Şirkətin Gürcüstan silahlı qüvvələrinə satışları 2008-ci illə müqayisədə 7,8 dəfə azalıb.
Rəşad

819