“Borçalı türkləri Gürcüstanın ayrılmaz hissəsidir”
27 may 2010 16:00 (UTC +04:00)

“Borçalı türkləri Gürcüstanın ayrılmaz hissəsidir”

Mayın 26-da “Borçalı” Cəmiyyəti İctimai Birliyi Tbilisidə Gürcüstan Respublikasının 92-ci ildönümü ilə bağlı bayram yürüş-mitinqi keçirib.

Tədbir Heydər Əliyevin Gürcüstan paytaxtındakı büstünə əklil qoyulması ilə başlayıb. Bundan sonra Heydər Əliyev prospekti ilə Lesidze prospekti boyunca qara zurna və nağara ifasında yürüş başlayıb.

Yürüş iştirakçıları əllərində “Separatizmə “yox” deyirik!”, “Yaşasın vahid və demokratik Gürcüstan!” şüarları tutaraq, gürcü dilində “Yaşasın Gürcüstan!” şüarı söyləyiblər.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edərək, deyib ki, Gürcüstan etnik separatizmdən əziyyət çəkən, demokratik inkişaf yolunu tutan məmləkətdir: “Borçalı türkləri isə belə bir məmləkətin ayrılmaz hissəsidri”.

Mitinqdə çıxış edənlər Azərbaycan-Gürcüstan dostluğundan və Borçalı türklərinin bu ölkəyə verəcəyi faydadan danışıb.

Aksiyada cəmiyyətin təəssübkeşləri, habelə Tbilisidə yaşayan Borçalı türkləri iştirak edib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar