“Azərbaycan Herkelin fikirlərinə mövqeyini bildirəcək”
26 may 2010 19:00 (UTC +04:00)

“Azərbaycan Herkelin fikirlərinə mövqeyini bildirəcək”

“Andres Herkel birinci dəfə deyil ki, belə fikirlər səsləndirir. Ancaq Azərbaycan buna öz mövqeyini bildirəcək”.


APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.


Qeyd edək ki, AŞ PA Monitorinq Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel ötən həftə “Eynulla Fətullayevi və iki bloggeri həbsdən azad etsələr, hesabatımda “Azərbaycanda inkişaf yoxdur” deməyəcəyəm” bəyanatını səsləndirib.


S.Seyidov rəsmi Bakının obyektiv müzakirələrə hazır olduğunu vurğulayıb: “Azərbaycana qarşı qeyri-obyektiv mövqe və təzyiqlə bağlı fikirlərimizi bildiririk və AŞ PA-nın iyun sessiyasında da fikirlərimizi bildirəcəyik”.


Avropa İnsan Haqları Məhkəməsinin “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevlə bağlı qərarına toxunan S. Seyidov bildirib ki, Azərbaycan Avropa Məhkəməsinin bütün qərarlarını diqqətlə təhlil edir: “Azərbaycan məhkəmənin bu qərarından Böyük Palataya müraciət edib. Hər bir məsələni beynəlxalq səviyyədə, öz öhdəliklərimiz çərçivəsində həll etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar