“Qarabağdakı status-kvo kimsənin lehinə deyil”
26 may 2010 17:45 (UTC +04:00)

“Qarabağdakı status-kvo kimsənin lehinə deyil”

Abdulla Gül: “Bir-iki il içərisində bir dəyişiklik olmasa, 10 il heç nə olmaz”
Türkiyə prezidenti Abdulla Gül Qazaxıstan səfərində türkiyəli jurnalistlərin suallarını cavablandırarkən Qarabağ məsələsinə də toxunub.
Lent.az-ın trt.net.tr saytının Azərbaycan versiyasına istinadən məlumatına görə, prezident Qarabağdakı status-kvonun kimsənin lehinə olmadığını bildirib. Ermənistana səfərinin status-kvonu yerindən oynatdığını deyən Abdulla Gül “Bir az səssiz, amma qərarlı çalışmaq lazımdır” deyib və əlavə edib: “Əgər bir-iki il içərisində bir şey olmasa, 10 il heç nə olmaz, hər şey olduğu yerdə qalar və bu da kimsənin işinə yaramaz”.
# 355

Oxşar yazılar