Türkiyə və Azərbaycan hərbi sənaye sahəsində müzakirələrə başlayacaq
26 may 2010 14:30 (UTC +04:00)

Türkiyə və Azərbaycan hərbi sənaye sahəsində müzakirələrə başlayacaq

Yaxın vaxtlarda Bakıda Türkiyənin hərbi sənaye sektorunda fəaliyyət göstərən şirkətlərinin və müvafiq dövlət strukturlarının iştirakı ilə görüş keçirilməsi planlaşdırılır. Lent.az-ın məlumatına görə, hərbi sənaye sahəsində yaxın perspektiv üzrə əməkdaşlığın istiqamətlərini müəyyənləşdirilməsini əhatə edəcək görüşdə atıcı silahların, rabitə vasitələrinin, həmçinin bəzi zirehli texnikaların birgə istehsalı və modernizasiyasına dair müzakirələrin aparılması nəzərdə tutulur.

Müzakirə olunacaq məsələlər arasında Türkiyə ilə müştərək olaraq 3 atıcı silahın birgə istehsalı da var. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub və müzakirələrin yekunlaşmasının ardınca, istehsalı həyata keçirmək üçün birgə müəssisənin yaradılmasına baxıla bilər.

Müzakirələrin keçirilmə vaxtını və müzakirə ediləcək məsələlər iyunun əvvəllərində Bakıya səfər edəcək Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyinin heyəti ilə dəqiqləşdiriləcək.

İki həftə əvvəl İordaniyada keçirilən SOFEX sərgisində Lent.az-ın əməkdaşı ilə söhbəti zamanı Müdafiə Sənayesi Katibliyinin (Müştəşarlığının) adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, Azərbaycan və Türkiyə hərbi sənayedə bir çox böyük layihələrdə birgə iştirakla bağlı iki il əvvəl ümumi razılığa gəlib. Lakin ötən il dünyada baş vermiş böhran bu sahədə müəyyən dərəcədə ehtiyatlı addım atmağa vadar edib.

Azərbaycanın Türkiyə tərəfinin reallaşdırdığı bəzi hərbi layihələrə maraq göstərdiyini deyən katiblik nümayəndəsi bu layihələr arasında T-129 (ATAK) helikopteri, Modern Piyada Tüfəngi, Yeni Nəsil Radiostansiyalar, bir sıra artilleriya silahları və raket istehsalı layihələrinin olduğunu qeyd edib.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar