“Yetim-yesir cinayət işləməz”
25 may 2010 16:30 (UTC +04:00)

“Yetim-yesir cinayət işləməz”

Bu gün Milli Məclisin növbəti iclası başlayıb.


Lent.az-ın xəbərinə görə, iclasa spiker Oqtay Əsədov sədrlik edir. Cari məsələlərin müzakirəsi zamanı millət vəkili Cəmil Həsənli bu günlərdə Bakıda Atatürkə heykəl qoyulmasını təqdir etdiyini deyib. Bununla yanaşı, C.Həsənli bildirib ki, Bakını Nuru Paşanın rəhbərliyi altında xilas edən Qafqaz İslam Ordusunun şərəfinə, həmçinin Cümhuriyyət qurucuları olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Xoyski və başqaları üçün ayrıca abidə qoyulmalıdır.


Millət vəkili İqbal Ağazadə Neft Akademiyasında baş verən terror hadisəsinin səbəbkarı olan erməninin Gürcüstandan tutularaq gətirilməsinin zəruriliyini vurğulayıb. O, Neft Akademiyasındakı terrorla bağlı təqsirləndirilən və hazırda məhkəməsi davam edən şəxsləri «yetim-yesir» adlandırıb.


Spiker Oqtay Əsədov isə bu məsələyə münasibətdə saxlanılan şəxslərə «yetim-yesir» deməməyi məsləhət görüb: «Yetim-yesir cinayət işləməz».


Millət vəkili Əli Əhmədov qondarma «Dağlıq Qarabağ Respublikası»nda «seçki» keçirilməsini pisləyib.

Pərvin ABBASOV
# 339

Oxşar yazılar