Elmar Məmmədyarov Belçika Krallığının xanım senatoruyla görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının senatoru, Senatın fəxri sədri xanım Ann-Mari Lizini qəbul edib. Bu barədə Lent.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı tərəflər regiondakı vəziyyət, Azərbaycan-Belçika münasibətlərinin cari vəziyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanma prosesinin hazırki durumu, qondarma “Dağlıq Qarabağ Respublikası parlamenti”nə keçirilən qondarma seçkilərə dünya ictimaiyyətinin reaksiyası, xüsusilə Avropa Parlamentinin qətnaməsi və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

484