ATƏT sədri: “Dağlıq Qarabağdakı “seçki” əhəmiyyətsizdir”
25 may 2010 10:30 (UTC +04:00)

ATƏT sədri: “Dağlıq Qarabağdakı “seçki” əhəmiyyətsizdir”

“Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri” münaqişənin həllinə təsir göstərməməlidir”.


APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu bəyanatla qurumun fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış edib.


O bildirib ki, ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımadığı üçün “parlament seçkiləri”nin keçirilməsinin hər hansı əhəmiyyəti yoxdur və bu “seçki” münaqişənin həlli prosesinə təsir göstərə bilməz.


K.Saudabayev bir daha Minsk Qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və bundan sonra da Minsk prosesi çərçivəsində tərəflər arasında aparılan siyasi danışıqlara kömək edəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar