Rusiya Dağlıq Qarabağdakı “seçkiləri” tanımır
24 may 2010 18:30 (UTC +04:00)

Rusiya Dağlıq Qarabağdakı “seçkiləri” tanımır

Rusiya XİN: Moskva Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir
“Moskva Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

Lent.az-ın “Ria-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Dağlıq Qarabağda qondarma qurumun keçirdiyi “parlament seçkiləri”nə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko söyləyib.

O deyib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü prinsiplərini digər beynəlxalq hüquq və normaları ilə bərabər səviyyədə dəstəkləyir və Dağlıq Qarabağın gələcək statusunun güc tətbiq edilmədən, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində həllini tapacağına inanır: “Bununla belə, Moskva hesab etmir ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesi Dağlıq Qarabağda keçirilən seçkilərdən asılıdır”.
# 386

Oxşar yazılar