Həmsədrlərdən Qarabağdakı “seçkilər”lə bağlı bəyanat
24 may 2010 10:45 (UTC +04:00)

Həmsədrlərdən Qarabağdakı “seçkilər”lə bağlı bəyanat

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Bernar Fasie və Robert Bradtke Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən keçirilən qondarma “parlament seçkiləri” ilə bağlı birgə bəyanatla çıxış ediblər.

APA-nın məlumatına görə, bəyanatda bildirilir: “Həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyətinin öz əhalisinin ictimai həyatını demokratik şəkildə qurmağa çalışdığı anlasa da, bir daha bəyan edirlər ki, Dağlıq Qarabağ nə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üç ölkə, nə də digər ölkələr, o cümlədən Ermənistan tərəfindən müstəqil və suveren dövlət kimi tanınmayıb. Həmsədrlər hesab edir ki, bu prosedura münaqişənin daha geniş kontekstdə sülh yolu ilə nizamlanmasında Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyənləşdirməkdə əsas kimi götürülməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar