Davudoğlu: “Ermənistanla normallaşma gerçəkləşəcək”
"Ancaq buna paralel olaraq Ermənistanla Azərbaycan arasındakı ixtilafın ortadan qaldırılması da bölgəyə daimi sülhün gəlməsi baxımından böyük imkan olacaq"
İstanbulda keçirilən Avropa-Aralıq dənizi ölkələri Parlament Assambleyasının toplantısında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla münasibətlərdən də danışıb.
Türkiyə-Ermənistan münasibətlərinin 2-3 il əvvəlki kimi olmadığını deyən Davudoğlu ortada imza atılan bir anlaşmanın olduğunu vurğulayıb.
Xarici işlər naziri Ermənistanla imzalanan protokolların Türkiyə Böyük Millət Məclisinə göndərildiyini, bütün demokratik cəmiyyətlərdə olduğu kimi parlamentin qərar verəcəyini söyləyib.
Ermənistan üçün də eyni durumun keçərli olduğunu vurğulayan Davudoğlu normallaşmanın gerçəkləşəcəyinə olan ümidlərini qoruduqlarını deyib: "Bizim siyasətimizdə heç bir dəyişiklik yoxdur. Bu gerçəkləşəcək. Amma buna paralel olaraq Ermənistanla Azərbaycan arasında ixtilafların çözülməsi və Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı problemlərin həlli, bölgəyə daimi sülhün gəlməsi baxımından böyük imkan olacaq".

457