QHT-lərə Dövlət Dəstəyi Şurasının iclası keçirildi
Azay Quliyev Qarabağ münaqişəsinə aid Azərbaycan həqiqətlərinin təbliğində Şuranın dəstəyindən səmərəli istifadə olunmasını zəruri sayı
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şura sədri Azay Quliyev layihələrə ayrılan maliyyə vəsaitinin effektiv xərclənməsi, səfər qrantları və Qarabağ münaqişəsinə aid Azərbaycan həqiqətlərinin təbliğində Şuranın dəstəyindən səmərəli istifadə olunması barədə danışıb.
Şura üzvləri Tahir Süleymanov, Əliməmməd Nuriyev, Rəna Mirzəzadə, Gülnarə Hüseynova, Dilarə Əliyeva və başqaları müzakirə edilən məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Şura üzvləri ayrı-ayrı kollektivlərlə görüşlərin təşkili və vətəndaş cəmiyyəti dəyərlərinin təbliği haqda da fikir mübadiləsi aparıblar.

498