Ermənistanda əsir saxlanılan Tovuz sakinindən məktub gəlib
Ailəsi də Eldar Tağıyevə cavab yazıb
Ötən il dekabr ayının 28-də ermənilərə əsir düşən Tovuz rayon Əlibəyli kənd sakini, 1964-cü il təvəllüdlü Eldar Heydər oğlu Tağıyevdən ailəsinə məktub gəlib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə əsirin oğlu Elmar Tağıyev məlumat verib. Onun sözlərinə görə, atası məktubda yaxşı olduğunu, ondan nigaran olmamalarını yazıb. Ailə üzvlərinin necə olduğunu soruşub. Yaxınlarına salam söyləyib.
Məktubu ailəyə Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları çatdırıb. Ailə də cavab olaraq əsirə məktub yazıb. “Məktubda onun üçün darıxdığımızı, ondan nigaran qaldığımızı, ailə üzvlərinin yaxşı olduğunu, özünə yaxşı baxmasını yazdıq. Salam söylədik” - deyə əsirin oğlu əlavə edib.
Vüsalə Cənnətova

450