Azərbaycanla İsrail şirkəti pilotsuz uçan vasitələr istehsal edəcək
Yaxın vaxtlarda Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə İsrail şirkəti arasında pilotsuz uçan vasitələrin istehsalına dair müqavilə imzalanacaq.
Bu barədə APA-ya müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib. Hazırda İsrail şirkəti ilə danışıqların davam etdiyini deyən nazir, artıq müştərək istehsalın qurulmasına dair müqavilənin imzalanma mərhələsində olduğunu açıqlayıb: “Tərəflər arasında müəyyən texniki suallar var idi və artıq bu məsələ həllini tapıb. Bu layihələrdə Azərbaycan 51% paya malik olacaq. Xarici şirkət isə texnologiyanı gətirəcək”.
Nazir onu da əlavə edib ki, Azərbaycan həm kəşfiyyat məqsədli, həm də döyüş qabiliyyətinə malik pilotsuz uçan vasitələrin istehsalını planlaşdırır. Döyüş qabiliyyətli pilotsuz vasitələrin üzərinə düşmən hədəflərini məhv etmək üçün məsafədən idarə olunan raketlər və aviabombalar yerləşdiriləcək.

425