“Dağlıq Qarabağın sadə erməni əhalisi o günü gözləyir”
“Dağlıq Qarabağda qondarma rejim hər hansı qanuni seçki keçirə bilməz”.
APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında separatçı Dağlıq Qarabağ rejiminin mayın 23-də “parlament seçkiləri” keçirmək haqqında qərarına münasibət bildirərkən deyib.
İcma rəhbəri bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Buna görə də o, Qarabağda yalnız Azərbaycan qanunları əsasında seçkilərin keçirilməsinin qanuni olduğunu deyib: “Qondarma rejim Ermənistanın dəstəyi ilə bu cür “seçki” oyunu təşkil edir. Amma artıq işğalçı dövlət də tükənmək üzrədir. Ermənistanın iqtisadi göstəriciləri yoxdur, bu dövlət ilbəil tənəzzülə doğru gedir. Ona görə də, artıq separatçı Dağlıq Qarabağ rejiminə də yardım göstərə bilmirlər. Hazırda Dağlıq Qarabağda əhali qalmayıb, insanların əksəriyyəti vəziyyətin ağırlığı səbəbindən köçüb gedib. Qalanlar da dilənçi vəziyyətində yaşayırlar. Belə olan halda qondarma rejim nə seçki keçirə bilər? Burada yaşayan əhali yalnız Azərbaycan qanunları tətbiq olunandan sonra yaxşı yaşaya biləcək. Dağlıq Qarabağın sadə erməni əhalisi o günü gözləyir”.

428