XİN separatçı rejimin qondarma “parlament seçkisi” ilə bağlı bəyanat verdi
Qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 23 may 2010-cu il tarixində keçirilməsi planlaşdırılan qondarma “parlament seçkiləri” ilə bağlı Xarici İşlər Nazirliyi bəyanat verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş qanunsuz qurumdan başqa bir şey deyil.
Bəyanatda vurğulanır ki, qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycanın ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlib: “Bu kimi “seçkilər”in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, çünki bu “seçkilər” Dağlıq Qarabağın əzəli azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil”.
Xarici İşlər Nazirliyi qeyd edib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən hər hansı seçkilər yalnız o vaxt ədalətli və azad qiymətləndirilə bilər ki, oradan qovulmuş azərbaycanlı əhali həmin seçkilərin keçirilməsində bütünlüklə, birbaşa və bərabər şəkildə bölgənin erməni əhalisi ilə bərabər qanuni və demokratik seçkilərdə iştirak etsinlər: “Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq. Azərbaycan Respublikası erməni tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlarından ibarət destruktiv fəaliyyətini dayandırmağa və bunun əvəzinə xoş məram nümayiş etdirərək münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tez və davamlı həllini tapmaq məqsədilə keçən il ərzində dinamik şəkildə inkişaf etmiş danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırır”.

409