Bakıda NATO Komitəsinin iclası keçiriləcək
13 may 2010 18:15 (UTC +04:00)

Bakıda NATO Komitəsinin iclası keçiriləcək

Mayın 18-19-da Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə NATO-nun Avro-Atlantika Tərəfdaşlıq Şurası çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin (AMFPK) plenar iclası keçiriləcək.

APA-nın FHN-in internet saytına istinadən xəbərinə görə, tədbirdə NATO-ya üzv və tərəfdaş dövlətlərin, NATO-nun müvafiq strukturlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirə NATO-nun Baş katibinin əməliyyatların planlaşdırılması üzrə rəsmi nümayəndəsi səfir Maurits Yoxems sədrlik edəcək.

Tədbirin əsas məqsədi 2010-2013-cü illər üzrə AMFPK-nın planlaşdırma büro və komitələrinin iş proqramı, 2011-2015-ci illər üzrə treninq və təlimlərlə bağlı fəaliyyət proqramı, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsizliyi sahəsi mütəxəssisləri ilə mümkün hücumlara qarşı mülki hazırlığın təkmilləşdirilməsi üçün AMFPK-nın fəaliyyət planının, həmçinin, fövqəladə hallar və fəlakətlər zamanı yardım imkanları və digər aidiyyəti məsələlərin müzakirəsidir.

Tədbirin keçirildiyi günlərdə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində FHN-in NATO-nun müvafiq strukturları ilə əlaqələrinin inkişaf etdirilməsi üçün bir sıra görüşlər keçiriləcək və qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar