Dövlət Komitəsi İranlı ayətullaha cavab verdi
“Məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlara siyasi don geyindirmək yolverilməzdir”
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Ayətullah Nasir Məkarim Şirazinin açıqlamasına münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açıqlamada bildirilir ki, Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı əsassız fikirlər söyləməsi çox təəssüf doğurur, din xadiminə yaraşdırılmayan və böhtan xarakterli bu cür fikirlər qəbuledilməzdir.
Dövlət Komitəsinin mətbuat xidməti vurğulayır ki, məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən qəbul edilib və bu qərarlara siyasi don geyindirmək yolverilməzdir: “Hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik aparmaq, başqa sözlə, müsəlmanları üz-üzə qoymaq isə heç kimə başucalığı gətirməz”.

511