BAXCP sədri Ayətullah Qolpayeqaniyə açıq məktub yazıb
“Nədən İran rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə çağırmırsınız?”
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın dini xadimi, ayətullah Lütfüllah Safi Qolpayeqaniyə açıq məktub ünvanlayıb.
Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qüdrət Həsənquliyev məktubunda "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Ayətullahın Azərbaycan Respublikasının prezidentinə müraciətini diqqətlə oxuduğunu yazıb.
Partiya sədri qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi artıq 20 ildir ki, İran İslam Respublikasının dəstək verdiyi, bir dövlət kimi mövcudluğunu qoruduğu Ermənistan tərəfindən işğal olunub. Həmin ərazilərdə onlarla məscid, ömürlərinin sonunadək İslama və onun müqəddəs dəyərlərinə ləyaqətlə xidmət edən müsəlmanların məzarları darmadağın edilib: “Sizin Sovet İttifaqının amansız şərtləri çərçivəsində müsəlmanlığını, şiə kimliyini qoruya bilməsindən heyrətə gəldiyiniz Azərbaycan xalqının bir milyon nümayəndəsi öz doğma Vətənlərindən, yurd-yuvalarından didərgin salınıb. 30 min müsəlman Azərbaycanlı öz torpaqlarının müdafiəsi uğrunda şəhid olub, on minlərlə insan - uşaq, qadın, qoca soyqırımına məruz qalıb, əsir götürülüb, sağlamlıqlarını itiriblər. Bütün bunlar İran İslam Respublikasının müharibənin ilk günlərindən başlayaraq dəstək verdiyi Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi cinayətlərin yalnız bir hissəsidir. Nədən İran İslam Respublikasının rəhbərlərinə müraciət edərək, onları müsəlman Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla əlaqələri kəsməyə, sərhədləri bağlamağa çağırmırsınız? Məgər ermənilərin viran qoyduğu torpaqlar müsəlmanların torpaqları deyil? Məgər Qarabağda gülləbaran olunmuş, darmadağın edilmiş məscidlərdə müsəlmanlar ibadət etmirdi?”.
Qüdrət Həsənquliyev vurğulayıb ki, faciəli hal Ayətullahın müraciətində deyildiyi kimi, təkcə "Fatimeyi-Zəhra" məscidinin sökülməsi deyil, həm də özünü müsəlman təəssübkeşi kimi göstərən İran İslam Respublikasının Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistanı himayə etməsidir: “Ermənistanın bu günkü prezident Serj Sarkisyan da, onun rəqibi, sabiq dövlət başçısı Levon Ter-Petrosyan da Azərbaycan ərazilərinin işğalı zamanı Meğri sərhəd-keçid məntəqəsini Ermənistan üçün “həyat yolu” adlandırıb. İran müsəlman Azərbaycanın ərazilərinin işğalında Ermənistana təcavüz üçün yeni nəfəs, həyat verirdi və bu proses indi də davam etməkdədir. Bu səbəbdən də İranın müsəlman təəssübkeşliyi barədə bəyanatları nəinki Azərbaycanda, heç bir müsəlman ölkəsində səmimi qəbul olunmur. Bütün bunlara baxmayaraq, Sizin “Fatimeyi-Zəhra” məscidi ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciətinizə qoşuluruq, eyni zamanda ümid edirik ki, Siz Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla münasibətlərə yenidən baxılması üçün İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada da müraciət ünvanlayacaqsınız”.

668