Azay Quliyev: “Təbii fəlakətdən zərər çəkənlərə dövlət tərəfindən nə lazımdırsa, edilir”
12 may 2010 10:30 (UTC +04:00)

Azay Quliyev: “Təbii fəlakətdən zərər çəkənlərə dövlət tərəfindən nə lazımdırsa, edilir”

Şirvan şəhərini təmsil edən millət vəkili Azay Quliyev Kür çayının daha bir neçə bəndi dağıtması nəticəsində Sabirabadın bir sıra kəndlərinin su altında qalmasını böyük təbii fəlakət kimi dəyərləndirib.

Azay Quliyev Lent.az-a açıqlamasında bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün dövlət əsas məsuliyyəti öz üzərinə götürüb və zərərçəkənlərə hər tərəfli yardım göstərilir .

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünən keçirdiyi növbəti müşavirədə müvafiq strukturlara bir daha tapşırıqlar verib və bütün səyləri bu fəlakətin qarşısının alınmasına, zərərçəkənlərin təhlükəsizliyinin təminatına yönəldilib: “Təbii fəlakətlə bağlı indiyə qədər dövlət qurumları əllərindən gələni ediblər və bu iş bu gündə bütün intensivliyi ilə davam edir. Bununla yanaşı həm biznes strukturları, həm QHT-lər, həm də ayrı-ayrı vətəndaşlar bu faciəyə laqeyd qalmır, ən müxtəlif formada yardımlar etmək istəyirlər. O bölgənin deputatı kimi mən bu təşəbbüsləri yüksək qiymətləndirir və çox təbii hesab edirəm. Ancaq mən müvafiq dövlət qurumları ilə əlaqə saxladım və hal-hazırda hər-hansı bir maddi yardıma ehtiyacın olmadığını və dövlət tərəfindən nə lazımdırsa edildiyini bildirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar