Səfər Əbiyev: “Vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər”
Mayın 11-də ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Görüşündə Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. S.Əbiyev bildirib ki, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir və buna görə də aktivliyi artırmaq lazımdır. Nazir Səfər Əbiyev qeyd edib ki, bütün səylər münaqişənin dinc şəkildə həll edilməsinə yönəlməlidir, əks təqdirdə vəziyyət region üçün arzuolunmaz həddə gəlib çıxa bilər.

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07