Ermənilərin Qubada öldürdüyü 300-dən çox insanın adı bəlli olub
11 may 2010 17:45 (UTC +04:00)

Ermənilərin Qubada öldürdüyü 300-dən çox insanın adı bəlli olub

Siyahı Qubadakı kütləvi məzarlıqda yaradılacaq xatirə muzeyində nümayiş etdiriləcək

1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri dəhşətli qətliamda öldürülən dinc insanların 300-dən çoxunun şəxsiyyəti dəqiqləşdirilib. Bu barədə Lent.az-a Quba rayon prokuroru Nazim Hacıyev məlumat verib. Onun sözlərinə görə, qətliama məruz qalan insanların şəxsiyyəti tarixi faktlar, hadisənin canlı şahidlərinin ifadələri və yaxud həmin insanların yaxınlarının ifadələri ilə müəyyənləşdirilib.

Qətlə yetirilənlərin əksəriyyəti Quba rayon sakinləridir. Ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilənlərin arasında yəhudilər, tatlar, ləzgilər və digər xalqların da nümayəndələri var.

Əldə edilən tarixi faktlar və tərtib edilən tarixi siyahı erməni vəhşiliyinin canlı sübutu olan, 2007-ci ildə Qubada aşkar edilən kütləvi məzarlıqda yaradılacaq xatirə muzeyində əyani və tarixi eksponat kimi nümayiş etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun göstərişi ilə ölkənin soyqırıma məruz qalmış bütün rayonlarında qətlə yetirilənlərin adları dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar