Keçmiş “Qopuz”çu həbs olunub
11 may 2010 17:30 (UTC +04:00)

Keçmiş “Qopuz”çu həbs olunub

İran İslam Respublikası insan haqlarını pozmaqdadır. Mayın 10-da Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının təminini tələb edənlərdən biri, tələbə hərəkatının keçmiş iştirakçılarından Ayət Mehrəlibəyli Təbriz yaxınlığındakı Sofiyan şəhərində şəxsi mənzilində həbs olunaraq, naməlum istiqamətə aparılıb.

Lent.az-ın “butovazerbaycanbirliyi”-nə istinadən məlumatında bildirilib ki, ailə üzvləri İnsan haqları müdafiə təşkilatına məxsus “Herana” xəbər agentliyinə Mehrəlibəylinin ETTELAAT məmurları tərəfindən döyülərək aparıldığını söyləyiblər. Ailə üzvləri deyib ki, mülki geyimli məmurlar sanksiya və məhkəmə hökmü göstərmədən evə soxulub, icazəsiz orada axtarış edib. Onlar Ayət Mehrəlibəyliyə məxsus kitab, CD və kompüter və başqa şəxsi əşyaları müsadirə edib.

“Savalansesi” saytının məlumatında bildirilib ki, Ayət Mehrəlibəyli doktor Məhəmmədtağı Zehtabinin anım günü, Babək qalasına yürüş tədbirlərində də həbs edilmişdi. Qeyd edək ki, o, Tehran Universitetinin pedaqogika üzrə məzunudur və universitetdə oxuduğu zaman “Qopuz” tələbə dərgisinin məsulu olub.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar