Spiker: “Azərbaycan prezidenti fəlakət zonasına gedib”
Milli Məclisin bugünkü iclasında Kür çayının daşması nəticəsində yaranan fəlakət ciddi müzakirə olunub.
APA-nın xəbərinə görə, deputat Pənah Hüseyn baş verən hadisəni təbiətin üstünə yıxmağın düzgün olmadığını deyib. O, Sabirabaddan bu gün səhər gəldiyini, orada vəziyyətin acınacaqlı həddə çatdığını vurğulayıb.
Spiker Oqtay Əsədov P.Hüseyni vicdanlı danışmağa çağırıb: “Camaat 24 saat işləyir. Hər şeydə korrupsiya görürsən. Dövlət başçısı fəlakət zonasına gedib. Bildiyini də, bilmədiyini də danışırsan”.
Deputat Qüdrət Həsənquliyev bütün insanların yaranmış vəziyyətlə bağlı həmrəylik nümayiş etdirməsinin zəruri olduğunu deyib: “ABŞ-da da belə bir hadisə baş vermişdi. 36 insan dünyasını dəyişmişdi. Bizdə isə vaxtında tədbir görülüb. Bir də ki, Mingəçevir Su Anbarında suyun səviyyəsi 72 metr olmalı halda, 90 metri ötüb. Bunun səbəbi daha artıq enerji istehsal etmək istəyi ilə bağlıdır. Günahı olanlar varsa, cəzalandırılsın”.
Deputat, həmçinin baş verən fəlakətlə bağlı hesab açılmasını təklif edib: “İctimaiyyət qoşulmalıdır bu yardımlara. Şəxsən mən öz maaşımdan 500 manat köçürməyə hazıram. İnsanları sakitləşdirmək lazımdır, hamı bir araya gəlməlidir”.
O. Əsədov məsələyə yenidən münasibət bildirib. O, səhər qəzetlərə baxdığını, fəlakətdən sevinən insanlara nifrət yarandığını bildirib: “İnsanlar orada suyun içində gecə-gündüz işləyirlər. Mingəçevir gölünə gəldikdə, orada hər şey nəzarət altındadır”.
Deputat İqbal Ağazadə də hesab açılmasını, millət vəkillərinin 15 günlük maaşlarını həmin hesaba köçürməli olduqlarını deyib: “Deputatlar qrup-qrup əraziyə getməli, insanların yanında olmalıdırlar”.
Deputat Əli Əhmədov isə Kürdəki daşqınlardan müxalifətin siyasi məqsədlərlə istifadə etdiyini deyib, bunun düzgün olmadığını bildirib.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü
3 iyul 2025 , 19:38
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07