Bakı “Qəhrəman Şəhər” olsun
05 may 2010 11:00 (UTC +04:00)

Bakı “Qəhrəman Şəhər” olsun

Bəs bu statusu kim versin?

Böyük Vətən Müharibəsi zamanı Bakının rolunu göstərmək məqsədi ilə ona “Qəhrəman Şəhər” adı verilməsini tələb olunur. Lent.az-ın məlumatına görə, bu tələblə “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı çıxış edib.

Jurnalın Ali Şurasının sədri Arif Paşayev, təsisçi və baş redaktoru isə Eldar İsmayılovdur. Baş redaktor jurnalın əməkdaşları ilə mayın 5-də “Qəhrəman Şəhər” statusunun tələbi ilə konfrans keçirib. Redaksiya heyəti Azərbaycan neftinin faşizm üzərində qələbəsinin rolunun böyük olduğunun bildirərək, həmin qələbənin böyük payının məhz Bakının üzərinə düşdüyünü söyləyiblər.

Lakin konfrans iştirakçıları arasında “Qəhrəman Şəhər” statusunu kimin – hansı ölkənin verməsi məsələsi mübahisələrə səbəb oldu. Bəzi iştirakçılar artıq SSRİ-nin mövcud olmaması və bu statusun ittifaqın varisi Rusiya tərəfindən verilməli olduğunu söyləyərək belə bir hadisənin suveren Azərbaycanın maraqlarına zidd olduğu fikrini müdafiə etdilər.

VÜQAR
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar