Nazim İbrahimov sabah İsrailə gedir
Mayın 4-də Azərbaycan nümayəndə heyəti İsrailə səfərə gedəcək. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi Heydər Əliyevin adını daşıyan xiyabanın açılışında iştirak etməkdir.
İsraildə fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) müraciəti əsasında Hadera şəhər bələdiyyəsi Azərbaycan Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, Hadera şəhərinin mərkəzində yerləşən Ahad ha-Am küçəsindəki xiyabanda Heydər Əliyevin xatirə lövhəsinin təməl daşı qoyulacaq və xiyaban Azərbaycanın onun adını daşıyacaq. 3800 kv.m ərazini əhatə edən xiyabanda əsaslı yenidənqurma və abadlaşdırma işləri də aparılacaq. Yenidənqurma və abadlaşdırma işlərini İsrail dövləti maliyyləşdirəcək.
Haderada əslən Azərbaycandan olan böyük icma yaşayır. Bu şəhər Tel-Əvivin yaxınlığında yerləşir, yaşıllıqla zəngin ərazidir, Heydər Əliyevin adına verilən xiyaban isə şəhərin mərkəzindədir. Xiyabanın açılşında Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin üzvü Yevda Abramov, Dağ Yəhudiləri Icmasının rəhbəri Semyon İxiilov, Aşkenaz Yəhuziləri İcmasının rəhbəri Gennadi Zelmanoviç, Avroasiya Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarov, Azərbaycandakı rusdilli KİV orqanlarının rəhbərləri, DİDK-nin əməkdaşları, incəsənət xadimləri daxildir.
Bundan başqa, həmin günlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə Tel-Əviv şəhərində “Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr” mövzusunda beynəlxalq konfrans da keçiriləcək. Tədbirin məqsədi dövlət rəsmlərinin, regiondakı prosesləri dərindən bilən politoloqların və mütəxəssislərin, habelə Azərbaycan, İsrail, ABŞ, Rusiyada fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparmaqdır. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və digər münaqişələr müzakirə ediləcək, Azərbaycan və Israil KİV-ləri arasında əməkdaşlığın müasir durumu və inkişaf perspektivləri, Azərbaycan və Israil dövlətləri arasında münasibətlərin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında rolu, Azərbaycanda dini və etnik tolerantlıq Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafının mühüm amili kimi və digər mövzularda məruzələr səslənəcək. Səfər mayın 7-də başa çatacaq.

380