“Nərgiz TV”-nin işə başlayacağı haqda informasiya təkzib olundu
“Biz kəmiyyət üçün yeni televiziya kanalı açmaq niyyətində deyilik. Sadəcə, televiziya kanallarında keyfiyyətli verilişlərin azlığı, şou-biznes verilişlərinin çoxluğu, verilişlərdəki sünilik, bəsitlik, cəmiyyətdə o qədər də nüfuzu olmayan insanların tez-tez ekranlarda görünməsi və örnək kimi təqdim olunması bizi çox narahat edir.
Buna görə də çalışırıq ki, televiziya kanalları üzərlərinə düşən işi görmürlərsə, biz daha ciddi tədbirlər görərək, mədəniyyət kanalı açaq. Bu, çox ciddi məsələdir. Biz ortaya keyfiyyətli iş qoymaq istəyirik”. APA-nın xəbərinə görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda yeni yaradılacaq Mədəniyyət Televiziyası ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Mədəniyyət Televiziyası ilə bağlı maddi, texniki və kadr məsələlərini müzakirə etmək niyyətindədirlər. N. Məhərrəmli deyib ki, bu kanalın fəaliyyəti ilə bağlı hansısa formada dövlətin dəstəyinin olmasını istəyirlər: “Mədəniyyətlə bağlı kanalda dövlətin dəstəyi olmadan ciddi uğur qazanmağın qənaətində deyilik. Bu il belə bir televiziyanın fəaliyyətə başlaması mümkündür”.
MTRŞ sədri yaxın vaxtlarda “Nərgiz TV” adlı yeni telekanalın fəaliyyətə başlayacağı haqda informasiyanı da təkzib edib: “Belə bir şey yoxdur”.

Oxşar yazılar

"İran layiqli dərsini aldı" - İsrail səfiri ilə MÜSAHİBƏ
26 avqust 2025 , 19:27
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
26 avqust 2025 , 00:03
Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025 , 00:00
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
25 avqust 2025 , 20:27
Bəxtiyar Paşa Azərbaycandakı vəzifəsindən azad olundu
25 avqust 2025 , 18:26
Donald Tramp: "İlham, Siz böyük lidersiniz"
25 avqust 2025 , 18:22