“Ermənilər gördüyü hər oyuncağı almaq istəyən uşağa bənzəyir”
Türkiyədə səfərdə olan Naxçıvan Muxtar respublikası Ali Məclisinin sədri Vasif Talıbov İğdıra gələrək vali Saim Saffet Karahisarlı ilə görüşüb.
APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, görüşdə Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov, Türkiyənin Naxçıvandakı baş konsulu Əhməd Enginal və İğdırın polis rəisi Mustafa Aydın da iştirak ediblər. İğdır valisi Naxçıvan ilə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini, birgə layihələrin həyata keçirildiyini vurğulayıb: “Naxçıvanlı qardaşlarımızla hər zaman bir yerdəyik, bu dostluğumuz davam edəcək”.
Jurnalistlərin suallarını cavablandıran Vasif Talıbov səfər çərçivəsində Türkiyənin rəhbərləri ilə görüşlər keçirdiyini deyib: “Görüşlərimiz çox məhsuldar keçdi. Naxçıvan-İğdır-Qars dəmiryolu, İğdır hava limanının tikintisi, Naxçıvan-İğdır qaz kəmərinin çəkilişi, Türkiyə, İran və Naxçıvanın birgə istifadə edə biləcəyi sərbəst sənaye bölgəsinin yaradılması məsələlərini müzakirə etdik. Üç ölkənin insanlarının fayda görəcəyi bu layihə həyata keçsə, bütün tərəflər iqtisadi baxımdan güclənəcəklər”.
Ali Məclisin sədri Türkiyə hökumətinin Azərbaycana yönəlik siyasətinin dəyişmədiyinə bir daha əmin olduğunu bildirib: “Türkiyə hökuməti ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmayana kimi sərhədləri açmayacağını bəyan edib və bunu hər zaman ermənilərə söyləyirlər. Ermənilər bu gün uşaq oyuncağı satılan mağazaya girən uşağa bənzəyirlər. Uşaq hər gördüyü oyuncağı almaq istədiyi kimi, ermənilər də hər fürsət düşən kimi “bunu istəyirəm, onu istəyirəm” deyir. Onların istəklərinin heç kim yerinə yetirməz, onların istədiklərini heç kim almaz”.

477