Prezident İlham Əliyev Göytəpədə zirehli texnikanın təlimini izləyib
APA-nın AzTV-yə istinadən verdiyi məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra prezident Cəlilabad “Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin açılışında iştirak edib.
Cəlilabad rayonunda əlil və şəhid ailələri üçün 4 mərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində iştirak edən dövlət başçısı yeni inşa edilən Müalicə-Diaqnostika Mərkəzinin açılışına da qatılıb. O, burada Cəlilabad ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident Tarix-diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib. Bunun ardınca dövlət başçısı şahmat məktəbinin açılışında iştirak edib, Göytəpə su anbarında aparılan işlərlə də tanış olub.
Daha sonra Göytəpə qarnizonuna gələn dövlət başçısı qarnizonun ümumi sxemi ilə tanış olub. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev məlumat verib ki, dövlət başçısının təsdiq etdiyi proqrama əsasən qarnizonda geniş yenidənqurma işləri görülüb. Ali baş Komandan texnikaya baxıb, bildirilib ki, burada gənc əsgərlərin təlim-tədris mərkəzi yaradılıb, xüsusi təyinatlı yardımçı binalar inşa olunaraq xidməti istifadəyə verilib. Dövlət başçısı kazarmalarda yaradılan şəraitlə tanış olub. Qarnizonun malik olduğu texniki vəsaitlər də prezidentə təqdim edilib. Sonra Ali Baş Komandan təlim meydanında zirehli texnikanın təlim prosesini izləyib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59