Azərbaycanda yeni partiya yaradıldı
30 aprel 2010 17:00 (UTC +04:00)

Azərbaycanda yeni partiya yaradıldı

Azərbaycanda yeni partiya yaradılıb. Lent.az-ın xəbərinə görə, bu, Azərbaycan Yaşıllar Partiyasıdır (AYP).


Partiyanın Təsis Qurultayının nümayəndələri əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra Rəşid Behbudov adına Mahnı Teatrında Təsis Qurultayı keçirilib. Qurultayda Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc və başqaları çıxış edib.


Qurultaya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yüksək vəzifəli şəxslər də qatılıb.

Tədbirdə AYP-nin Nizamnaməsi və Məramnaməsi qəbul edilib, Siyasi Şurasının və Nəzarət-Təftiş Komitəsinin üzvləri seçilib. Partiyanın sədri vəzifəsinə isə Nüsalov Ənvər Nüsal oğlu seçilib.

Qurultay nümayəndələri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

AYP əsasən ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcək.


Qeyd edək ki, AYP-nin sədri vəzifəsinə seçilən Ənvər Nüsalov 1949-cu il təvəllüdlüdür, Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. Hazırda o, “Şirvan Operatinq Company Limited“ şirkətində menecer müavini vəzifəsində çalışır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 352

Oxşar yazılar