Təbrizdə Ermənistan konsulluğu açılır
Tehranla İrəvan arasında ilkin razılıq əldə olunub
Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün vasitəçiliyini təklif edən Tehran hakimiyyəti Ermənistanla əlaqələri genişləndirməkdədir. Lent.az-ın GünAzTv-yə istinadən məlumatına görə, İslam Respublikası xarici işlər nazirinin müavini Qaşqavi Ermənistanın Təbrizdə konsulluq açmasına dair ilkin razılığın əldə edildiyini söyləyib.
Rəsmi İrəvanın qənaətincə, Təbrizdə Ermənistan konsulluğunun açılması Tehranla Yerevan arasında əlaqələrin inkişafı üçün yaxşı şərait yaradacaq.
Xatırladaq ki, 2007-ci ilin dekabrda İran hakimiyyəti ilə Ermənistan arasında bu istiqamətdə danışıqlar aparılmışdı. Həmin qərardan sonra ermənilər Güney Azərbaycana axışmağa başlayıb. Bunun əsas səbəblərindən biri kimi Tehran hakimiyyətinin onlar üçün yaratdığı şərait göstərilir.
Hələ bir neçə il öncə Güney Azərbaycanın Ərdəbil şəhərinə İran rəhbərliyinin
dəvəti ilə Ermənistandan iş adamlarının gəlişinə etiraz edən azərbaycanlı ziyalılar
həbs edildi. Tehranın İrəvanla əməkdaşlığı sayəsində ermənilər həmin şəhərdə
mədəni, Urmiyada dini təbliğat aparmaqda, Təbrizdə qaz-neft sənayesində yerləşməkdədirlər.
Yerli müşahidəçilərin fikrincə, ermənilərin Güney Azərbaycan ərazisində fəallıqlarının artması perspektivdə onların fars şovinistləri ilə birlikdə Azərbaycan Milli Hərəkatına qarşı çıxış etməsinə də zəmin yaradacaq. Habelə bu, gələcəkdə fars şovinizmi ilə türk düşmənlərinin Türkiyə əleyhinə birləşməsinə də yardım edə bilər.
Sədrəddin Soltan

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27