Xaricdə oxuyan azərbaycanlı tələbələrin təbliğat şəbəkəsi yaradılır
Məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır
Azərbaycan Tələbələr Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xaricdə oxuyan azərbaycanlı tələbələrin təbliğat şəbəkəsi” adlı layihənin icrasına başlayıb.
Azərbaycan Tələbələr Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi xaricdə oxuyan azərbaycanlı tələbələr vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Bu məqsədə nail olmaq üçün xaricdə oxuyan azərbaycanlı tələbələrdən ibarət şəbəkə formalaşdırılmalı və bütün fəaliyyət bu şəbəkə vasitəsilə həyata keçirilməlidir. Layihə çərçivəsində Azərbaycan haqqında təbliğat materiallarının çoxaldılması, həmin materialların xarici dillərə tərcümə edilməsi, xaricdəki tələbələrimizin reallaşdırmaq istədikləri müxtəlif tədbirlərin dəstəklənməsi və s. nəzərdə tutulur.
Azərbaycan Tələbələr Birliyi bu kimi fəaliyyətlərlə həm Avropada, həm də dünyada Azərbaycan diaspor işinin qurulmasına yardımçı olmaq niyyətindədir.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27