“Böyük Palata Eynulla Fətullayevlə bağlı qərara münasibət bildirməlidir”
Fərhad Abdullayev: “Azərbaycan Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verib”
“Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Eynulla Fətullayevlə bağlı qəbul olunan qərara münasibət bildirməlidir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Eynulla Fətullayevlə bağlı qərarın əslini hələ oxumadığını bildirən F.Abdullayev bunları deyib: “Amma qərarın nəticəsi hamıya məlumdur. Artıq Azərbaycan tərəfi Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verib. Ona görə də bir hüquqşünas və məhkəmə sədri kimi hesab edirəm ki, palata buna münasibət bildirməlidir. Ondan sonra proses bu mexanizm üzrə davam etməlidir”.
Məhkəmə sədri deyib ki, qanunvericiliyə görə, Avropa Məhkəməsinin hər bir qərarından sonra Ali Məhkəmənin Plenumu işə 3 ay müddətində baxmalıdır: “Baxılandan sonra məhkəmə qərarları bu və ya başqa dərəcədə ləğv olunur və baxılmaq üçün yeni məhkəməyə göndərilir. Yəni qərar hansı mərhələdə ləğv olunur, bunu Ali Məhkəmə Plenumu müəyyən etməlidir”.

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27