Fırat Purtaş: “Türkiyə ilə Azərbaycan arasında ciddi bir gərginlik heç vaxt olmayacaq”
“Bunlar keçici və önəmsiz hallardır”
“Mənim şəxsi fikrimə görə, Türkiyə ilə Azərbaycan arasında ciddi bir gərginlik heç bir zaman söhbət mövzusu olmayacaq. Çünki aramızda çox güclü münasibətlər mövcuddur. TÜRKSOY olaraq da fəaliyyətimizlə bu münasibətləri, əlaqələri gücləndirməyə çalışırıq”. Bu barədə Lent.az-a eksklüziv açıqlamasında TÜRKSOY təşkilatının baş katibinin müavini Fırat Purtaş Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı suala cavab olaraq bildirib.
Fırat Purtaşın sözlərinə görə, TÜRKSOY mövzu və praktika etibarilə ora üzv olan ölkələrin daxili və xarici siyasətinə heç bir şəkildə qarışmayan beynəlxalq təşkilatdır: “Təşkilatımız, sadəcə, ortaq mədəniyyət və sənətlə bağlı çalışmalar aparır. Sənət və mədəniyyətsə insanları birləşdirən ən önəmli ünsürlərdəndir. Ona görə də inanıram ki, müvafiq istiqamətdəki fəaliyyətimiz bu cür siyasi anlaşmazlıqların da aradan qaldırılması üçün önəmli rol oynayacaq. Əslində, mənim siyasi mövzularda söhbət etməyim doğru deyil. Amma bir vətəndaş kimi onu deyə bilərəm ki, bunlar keçici və önəmsiz hallardır. Əsas və dayanaqlı olan Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığıdır. Biz bir millət iki dövlət anlayışına inanırıq. Türkiyədəki bütün sıradan vətəndaşların da Azərbaycan deyildikdə ilk ağlına gələn ilk fikir bu olur”.
Xəyalə Muradlı

Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27